Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən yanvarın 31-də saat 11:00-dan Yevlax şəhərində, nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında Yevlax rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gələn vətəndaşların qeydiyyatı yanvarın 30-da Aran Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.
Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov yanvarın 31-də saat 11:00-dan Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzinin binasında bu şəhərin sakinlərini və burada məskunlaşmış məcburi köçkünləri qəbul edəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı yanvarın 31-də Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.
Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev isə yanvarın 31-də saat 11:00-dan Ağdaş şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağdaş rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı həmin gün saat 9:00-da Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında aparılacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].