FRANSA HÖKUMƏTİ “İSLAM İRAQ ORDUSU”NUN ULTİMATUMUNU RƏDD ETMİŞDİR
“Radio France İnternational” dövlət radiosunda işləyən jurnalist Kristian Şesno və “Le Fiqaro” qəzetinin xüsusi müxbiri Jorj Malbrüno bu il avqustun 20-də İraqda itkin düşmüşdülər.
Avqustun 28-də axşam Qətərin “Əl-Cəzirə” telekanalının göstərdiyi iki qısa videolentdə girov götürülmüş fransız jurnalistlər xəbər vermişlər ki, onları “İslam İraq ordusu” təşkilatı ələ keçirmişdir. Tələbləri yerinə yetirilmədiyi təqdirdə terrorçular jurnalistləri 48 saat ərzində qətlə yetirəcəkləri ilə hədələyirlər.
Lakin Fransada ictimai rəy qanun layihəsini birmənalı şəkildə dəstəkləmək əhval-ruhiyyəsindədir. Fransa hökuməti girov götürülmüş jurnalistləri azad etmək üçün əlindən gələni edir. Lakin islamçıların hədə-qorxuları Parisi məktəblərdə dini rəmzlərdən istifadə etmək barədə qanuna yenidən baxmağa vadar edə bilməmişdir.