FRANSADA BENZİN DOLU AVTOMAŞININ PARTLAMASI MEHMANXANANIN DAĞILMASINA VƏ 8 NƏFƏRİN YARALANMASINA SƏBƏB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Var departamentində mehmanxana qarşısında dayanmış benzin dolu avtosisternin parlaması nəticəsində dağılmış mehmanxanada baş vermiş yanğın zamanı 8 nəfər yaralanmışdır. Bu barədə departamentin Tulon şəhərinin polisi məlumat yaymışdır.
Məlumatda bildirilir ki, 18 yaşlı sürücü 15 min litr benzinlə dolu sisternli maşını gecələmək üçün mehmanxananın qarşısında saxlamışdır. Sübh tezdən benzin dolu sisterndə güclü partlayış baş vermişdir. Partlayış mehmanxana binasının tamamilə dağılmasına və yanğına səbəb olmuşdur. Yanğın söndürülərkən 7 yanğınsöndürən və bir nəfər mehmanxana işçisi yaralanmışdır. Xəstəxanada yerləşdirilmiş yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilmişdir.
Partlayış zamanı mehmanxananın qarşısındakı üç minik maşını tamamilə yanmış və yararsız hala düşmüşdür.
Hadisə yerinə gəlmiş polis partlayışın başvermə səbəbini araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]