Fransada ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsü tənqid olunur
Paris, 2 sentyabr, AZƏRTAC
Fransalı sosioloq Hanane Karimi Milli Birliyik Partiyasının (RN) ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsünün müsəlman qadınların dini görünüşünə tətbiq olunan məhdudiyyətlərin 30 ildən artıq davam edən genişlənməsinin növbəti mərhələsi olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Strasburq Universitetinin sosiologiya üzrə müəllimi “Mediapart”a müsahibəsində qeyd edib ki, dini simvolların tənzimlənməsi prosesi 1994-cü ildən başlayaraq müxtəlif mərhələlərdən keçib. O, 2004-cü ildə məktəblərdə aşkar dini simvolların qadağan edilməsini, məktəbdənkənar tədbirlər, idman məkanları, dövlət xidmətləri və özəl sektorla bağlı sonrakı müzakirələri nümunə göstərib.
Sosioloq Fransada İslamın mediada təqdimatını da tənqid edib. Onun fikrincə, bəzi media qurumları islamofob fikirlərin əks-sədasına çevrilir, hicablı qadınlar isə tez-tez özlərini və mövqelərini əsaslandırmaq məcburiyyətində qalırlar.
Karimi, həmçinin hicaba qoyulan məhdudiyyətlərin qadınları “qorumaq və azad etmək” məqsədi daşıdığı arqumentini tənqid edib. O, Fransada müsəlmanlara qarşı ayrı-seçkiliyin və islamofobiyanın daha açıq şəkildə müzakirə edilməsinin vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:02]
Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib
- 02.09.2026 [13:51]
ABŞ-də dizelin qiyməti yenidən kritik səviyyəyə yaxınlaşır
- 02.09.2026 [13:47]
Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb YENİLƏNİB
- 02.09.2026 [13:41]
Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib
- 02.09.2026 [13:26]
Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb
- 02.09.2026 [13:09]
Rusiya taxıl ixracı üzrə vergiləri dayandırıb
- 02.09.2026 [12:54]