FRANSADA YENİYETMƏLƏRƏ SPİRTLİ İÇKİLƏR SATIŞINA QADAĞA QOYULACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın səhiyyə naziri xanım Rozelin Başelo ölkədə yeniyetmələrə spirtli içkilərin satışı ilə əlaqədar xüsusi qanunun hazırlandığını bəyan etmişdir. Yeni qanuna görə, yaşı 16-dan az olan yeniyetmələrə spirtli içkilər satılmayacaqdır. Nazir qanunun 2009-cu ildə qüvvəyə minəcəyini diqqətə çatdırmış, təhsil ocaqlarının və yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerli vaxtla saat 22-dən səhər saat 6-ya kimi spirtli içkilərin satışına icazə verilmiyəcəyini qeyd etmişdir.
Rozelin Başelo bildirmişdir ki, 2004-2007-ci illərdə yeniyetmələr arasında alkoqollu içkilərin qəbulu və sərxoşluq halları 50 faiz artmış, xəstəxanalara müraciət edənlərin sayı nəzərəçarpacaq dərəcədə çoxalmışdır. Ölkədə 11 yaşına qədər olan uşaq və yeniyetmələrin 60 faizi spirtli içkilərdən istifadə etmişdir.
Nazir yeni qanunun qüvvəyə minməsi ilə nəqliyyat qəzalarının və zorakılıq hallarının sayının azalacağına ümidvar olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]