FRANSALI FUTBOL MƏŞQÇİSİ VƏ XANIMI İSLAMI QƏBUL ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Marselin “Olimpik” futbol klubundan və Mərakeşin yığma komandasının baş məşqçi vəzifəsindən istefaya göndərilən Filipp Trussye xanımı Dominiklə birgə Mərakeşin paytaxtı Rabatda İslam dinini qəbul etmişdir.
Əvvəllər Cənubi Afrika Respublikasının, Nigeriyanın, Qətərin və Yaponiyanın yığma komandalarını çalışdıran fransalı mütəxəssis, bundan sonra Ömər, xanımı isə Əminə adını daşıyacaqdır.