Fransanın “Le jounal internetional” qəzetində Azərbaycanın geosiyasətindən bəhs edən məqalə dərc olunmuşdur
Paris, 28 aprel (AZƏRTAC). Parisdə fransız, ingilis, alman, ispan və portuqal dillərində nəşr olunan “Le jounal internetional” qəzetinin 27 aprel tarixli nömrəsində “Qafqaz: eyniləşdirilməyən siyasi məqsəd” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə Azərbaycanın geosiyasi məkanda tutduğu mövqedən, apardığı siyasətdən ətraflı bəhs olunur.
Məqalənin müəllifi Giyom Dakke Soçi Olimpiadası başa çatdıqdan sonra əsas diqqətin yenidən sivilizasiyaların qovuşuğunda və mürəkkəb geosiyasi məkanda yerləşən Qafqaza yönəldiyini qeyd edir.
Yazıda təbii sərvətlərlə zəngin olan Azərbaycanda çoxlu sayda etnik qrupların yaşadığı, müxtəlif dinlərin mövcud olduğu vurğulanır.
Məqalədə, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, ölkəmizin ərazisinin 20 faizinin zəbt edilməsindən bəhs olunur. Sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycanın balanslaşdırılmış və düşünülmüş xarici siyasət yürütdüyü vurğulanır.
Diqqətə çatdırılır ki, Azərbaycan bütün ölkələr ilə sıx əməkdaşlıq qurmuşdur. Məhz bu siyasətinə görə Fransa mühüm strateji əhəmiyyət kəsb edən Azərbaycan ilə hərtərəfli əlaqələr yaratmaqda maraqlıdır.
Azərbaycanla bağlı fotoların da yer aldığı məqalənin tam mətnini http://www.lejournalinternational.fr/Le-Caucase-un-objet-politique-non-identifie_a1840.html linkindən oxumaq mümkündür.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Parıs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]