SİYASƏT
Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən ölkələr Bakıda flaşmob vasitəsilə beynəlxalq ictimaiyyətə çağırış ediblər
Bakı, 21 noyabr, AZƏRTAC
Bakıda keçirilən “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda konfrans çərçivəsində təşkil olunan “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda panel iclasında fləşmob nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, fləşmob çərçivəsində Fransa yürütdüyü müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin konfransdakı nümayəndələri xəritə üzərinə öz bayraqlarını sancaraq beynəlxalq ictimaiyyətə çağırış ediblər.