Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycanda keçirilmiş prezident seçkilərinin şəffaflığından danışılıb
Paris, 19 aprel, AZƏRTAC
Fransanın “Radio Courtoisie” radiosunda yayımlanan verilişdə aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərindən danışılıb.
Verilişdə prezident seçkilərində müşahidəçi olmuş Mişel Vuazən seçkilər haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanda prezident seçkiləri şəffaf və ədalətli keçib. Mişel Vuazən seçki məntəqələrində veb-kameraların yerləşdirildiyini və hamının səsvermənin gedişini birbaşa izləmək imkanı olduğunu diqqətə çatdırıb.
Verilişdə ölkəmizin coğrafiyasından, mədəniyyətindən, tarixindən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris