Futbol klublarının cari il üçün sonuncu reytinq cədvəli açıqlanıb
Bakı, 22 dekabr, AZƏRTAC
UEFA 2020-ci il üçün futbol klublarının sonuncu reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə təmsilçilərimizdən ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Reytinq cədvəlində 69-cu pillədə qərarlaşan Ağdam təmsilçisi Türkiyənin “Fənərbağça”, “Sivasspor”, İspaniyanın “Atletik”, Rusiyanın “Spartak” kimi klublarını geridə qoyub.
Digər klublarımıza gəlincə, “Qəbələ” 217-ci , “Neftçi” 244-cü , “Sumqayıt” 301-ci, “Səbail” 302-ci, “Zirə” 303-cü , “Kəpəz” isə 304-cüdür.
Qeyd edək ki, reytinq cədvəlinə “Bavariya” klubu başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]