Futzal üzrə Azərbaycan milli komandası qələbə qazanıb
Bakı, 26 avqust, AZƏRTAC
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Türkmənistan yığması ilə yoxlama oyunu keçirib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, “ABU Arena”da keçirilən oyunda millimiz 5:0 hesabı ilə qalib gəlib. Qolları Rizvan Fərzəliyev, Conatan Luis, İsa Atayev, Samir Həmzəyev və Emin Abasov vurublar. Komandalar arasında daha bir görüş keçiriləcək.