GDU-da tədris-köməkçi və inzibati işçilərin attestasiyası keçirilir
Gəncə, 22 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) tədris-köməkçi və inzibati işçilərin attestasiyasına başlanılıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, işin səmərəliliyinin artırılması, habelə işçilərin bilik və bacarıqlarının, müasir kompüter texnikasından istifadə səviyyəsinin, işçilərin tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması məqsədilə keçirilən attestasiyada İKT biliklər ilə yanaşı, esse (inşa) yazmaq qabiliyyəti də yoxlanılır.
Attestasiyada İKT biliklərinin yoxlanılması üçün işçilərə 250 test, 50 praktik iş təqdim olunub. Tədris-köməkçi və inzibati işçilərin attestasiyası 21-29 noyabr tarixlərini əhatə edir.