“GƏNC LİDERLƏR” UŞAQ TƏŞKİLATI QUBADAKI KÜTLƏVİ MƏZARLIĞI ZİYARƏT EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “Gənc Liderlər” Uşaq Təşkilatının üzvləri Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə aprelin 25-də buradakı kütləvi məzarlığı ziyarət edəcəkdir.
Ziyarət zamanı erməni vəhşiliyindən danışılacaq, ermənilərin törətdiyi cinayətlərlə bağlı bəyanat səsləndiriləcəkdir.
Tədbir təşkilatın elan etdiyi “Uşaq ili” və Ermənistanın sabiq prezidenti Robert Köçəryanın “Uşaqların düşməni” kimi tanınması kampaniyası çərçivəsində həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]