Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır. Amerika yazıçısı V.Lyusun “Zelda” əsəri əsasında hazırlanan tamaşa “İstədiyim kimi yaşayıram” adı ilə teatrsevərlərə təqdim olunacaq. Artıq teatrın aparıcı aktrisası Mehriban Abdullayeva yeni tamaşanın məşqlərinə başlayıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, psixoloji-dramatik səhnə əsəri ötən əsrin 30-cu illərində Amerikada çox məşhur olan yazıçı Skot və həyat yoldaşı Zeldanın yaşam tərzini özündə əks etdirir. Tamaşa boyu cütlüyün həyatı və onların birlikdə yaşadığı dövrün mənzərəsi tamaşaçıya çatdırılır.
Aktrisa Mehriban Abdullayeva yeni əsərlə bağlı fikirlərini bölüşərkən deyib: “Belə bir monotamaşa üzərində işləmək çoxdankı arzum idi. Monotamaşadakı obraz çox məsuliyyətli, ağır və olduqca maraqlıdır. Rol həddən artıq gərgin və dramatikdir. İnanıram ki, qəhrəmanın hisslərini tamaşaçılara çatdıra biləcəyəm və tamaşa uğurlu alınacaq. Tamaşada fonda səslər var ki, bu səslərin və çağırışların maraqlı alınmasında teatrımızın sevilən aktyorları, sənət dostlarım Elnur Kərimov, Elnur Hüseynov, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Nuridə Əliyeva, Mehriban Hüseynova yaxından köməklik göstərdilər. Ürəklə mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Səhnə əsərinin rejissoru Xalq Artisti, professor Ağakişi Kazımov, musiqi tərtibatı İradə Muradova, işıq tərtibatı Badim Kuskov, rəssamı Elşən Sərxanoğludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]