Gənc Tamaşalar Teatrının yaradıcı heyəti mükafatlandırılıb
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) türk dünyasının ortaq qəhrəmani “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış “Eşqi-Nigar” tamaşasının növbəti premyerası baş tutub.
Tamaşa Bakı Yunis Əmrə İnstitutu və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq reallaşmışdır.
ADGTT-nin mətbuat xidməti dan AZƏRTAC-a bildirilib ki, Bakı Yunis Əmrə İnstitutunun yeni rəhbərliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə böyük anşlaqla keçən tamaşada əsas obrazları teatrın aktyorları Manaf Dadaşov, Zülfiyyə Alhüseynova, İlham Əsədov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Vahid Orucoğlu, Anar Seyfullayev, Anar Səfiyev, Ramil Məmmədov və Elgün Yəhyayev ifa edirlər.
Tamaşanın səhnələşdirməsi Amaliya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, plastik həll Ceyhun Dadaşova məxsusdur.
Böyük maraqla və gurultulu alqışlarla seyr olunan tamaşadan sonra Yunis Əmrə İnstitutunun, “E Media Group”un və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təsis etdiyi diplomlar tamaşanın yaradıcı heyətinə təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]