Gəncədə “Əsgərə məktub” layihəsi təşkil edilib
Bakı, 13 aprel, AZƏRTAC
Ramazan bayramı ərəfəsində Gəncə şəhərində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi “Əsgərə məktub” layihəsini təşkil edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Layihə çərçivəsində yazılan məktublar işğaldan azad olunmuş ərazilərdə Vətən keşiyində duran əsgərlərimizə çatdırılıb.