Gəncədə seçicilər dörd dairə üzrə 36 namizəd arasında seçim edirlər
Gəncə, 9 fevral, Rauf Hacıyev, AZƏRTAC
Fevralın 9-da səhər saat 8:00-da Gəncə şəhərindəki seçki məntəqələrində Milli Məclisə seçkilərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə 4 dairə seçki məntəqəsi üzrə ümumilikdə, 111 məntəqə fəaliyyət göstərir.
Seçki məntəqələrindən 4-ü qapalıdır. Gəncə üzrə səsvermə hüququ olan vətəndaşların sayı 151 min 450 nəfərdir. Onlardan 105-i ilk dəfə səs verəcək. Gəncə şəhər Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 deputat seçiləcək. Gəncə üzrə qeydə alınan namizəd sayı 36-dır.