GƏNCƏDƏ ZƏRİFƏ XANIM ƏLİYEVANIN YUBİLEYİ GÜNÜNDƏ YENİ SƏHİYYƏ OCAĞI İSTİFADƏYƏ VERİLMİŞDİR
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 85 illiyi günündə Gəncədə müasir tələblərə cavab verən yeni özəl səhiyyə ocağı istifadəyə verilmişdir.
Terapiya, kardiologiya, dəri-zöhrəvi, urologiya və səhiyyənin digər sahələri üzrə fəaliyyət göstərəcək şöbələrdə İtaliya və Almaniyadan gətirilmiş ən müasir tibb avadanlığı quraşdırılmışdır. Bütün bunlar Gəncə və ətraf rayonların sakinlərinə ən yüksək səviyyədə səhiyyə xidməti göstərməyə imkan verəcəkdir.
Klinikanın baş həkimi Lətifə Vəzirova AZƏRTAC-ın müxbirinə demişdir ki, burada regionda bənzəri olmayan rəngli ultrasəs müayinə və kompyuterlə elektrokardioqrafiya aparatları da quraşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]