Gənclər Fondu və UNICEF-in Azərbaycandakı nümayəndəliyi maarifləndirmə kampaniyasına start verib
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasındakı əməkdaşlıq çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə virtual sosial platformalardan istifadə etməklə müxtəlif tipli media məhsulları vasitəsilə ictimaiyyətin COVID-19 virusu, onun yayılmasının qarşısının alınması və sosial təcridin əhəmiyyəti haqqında məlumatlandırma işlərinin, habelə sosial təcrid vəziyyətində mümkün gərginliyinin azaldılması ilə bağlı məqsədli layihələrin həyata keçirilməsi, təlim materiallarını yaymaqla təhsilin davam etdirilməsi və zehni sağlamlığının ardıcıllığının təmini nəzərdə tutulur.
Bununla yanaşı, gənclər üçün multimedia məzmunlu əyləncə, karantin zamanı valideynin davranış qaydaları haqqında məlumatlandırma və müxtəlif növ proqramlar da həyata keçiriləcək.
Könüllülərin iştirakı ilə maarifləndirmə tədbirlərinin, xüsusilə də Nazirlər Kabineti yanında Operativ Qərargahın və beynəlxalq təşkilatların tövsiyələri əsasında tərtib ediləcək maarifləndirmə materiallarının paylanılması da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]