Gənclər Fondunun dəstəyi ilə 10-cu “Youth Speak Forum”u təşkil edilib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 10-cu “Youth Speak Forum” keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, “Youth Speak Forum”un əsas məqsədi gəncləri bir araya toplayaraq müxtəlif mövzular üzrə diskussiyalar aparmaq və gənclərin baxış çərçivələrini genişləndirməkdir.
Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışların yer aldığı forumda bu dəfə #SDG4- “Keyfiyyətli Təhsil, #SDG8- “Layiqli Əmək və İqtisadi artım” kimi aktual mövzular müzakirə olunub. Müvafiq mövzuların müzakirə edildiyi Keynote çıxışları isə Zeynəb Rzayeva, Türkan Fərzəliyeva tərəfindən həyata keçirilib.
Həm Azərbaycan, həm də İngilis dilində keçirilmiş forumda 160 gənc iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]