GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ BOKS ÜZRƏ SUMQAYIT BİRİNCİLİYİ KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtda Gənclər günü münasibətilə boks üzrə şəhər birinciliyi başlanmışdır. Yarışlar şəhər Gənclər və İdman İdarəsinin Gənclər gününün təsis olunmasının 10 illiyi ilə əlaqədar tərtib etdiyi xüsusi proqram çərçivəsində keçirilir.
1 nömrəli uşaq-gənclər idman məktəbində keçirilən turnirdə idman məktəblərini, cəmiyyət və klublarını təmsil edən 60-dan çox idmançı mübarizə aparır. Qaliblərə Sumqayıt Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələri veriləcəkdir.
İdarənin rəisi Musa Həsənovun sözlərinə görə, Sumqayıtda idmanla məşğul olmaq üçün yaxşı şərait yaradılmışdır. Az vaxt ərzində şəhərin yaşayış massivlərində 50-dən çox idman meydançası tikilmişdir. Uşaq idman məktəbləri mərhələlərlə təmir edilir, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.
M.Həsənovun sözlərinə görə, uşaq-gənclər idman məktəblərində fəaliyyət göstərən 53 qrupda 600-ə yaxın adam boksla məşğul olur. Məşqləri 22 idman ustası aparır ki, onların arasında respublikanın əməkdar məşqçiləri də var.
Afina Olimpiya oyunlarının bürünc mükafatçısı Fuad Aslanov, ötənilki Avropa çempionatının gümüş medalçısı Şahin İmanov, dünya kubokunun komanda hesabında üçüncü yeri tutmuş Turab Məmmədov və başqaları respublikada boksun inkişafı tarixinin şanlı səhifəsini yazmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [14:07]
Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO
- 04.10.2026 [14:04]
Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib
- 04.10.2026 [12:50]
Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var
- 04.10.2026 [12:25]
Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]