Gənclər proqramlaşdırma sahəsində ödənişsiz təhsil ala biləcəklər
Bakı, 4 may, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzi (AİKM) “Tech Academy” Təhsil Mərkəzi ilə birgə yeni layihəyə start verib.
AİKM-dən AZƏRTAC-a bildiriblər ki, “YouthTech” adlı uzunmüddətli layihənin məqsədi gənc proqramçıların yetişdirilməsi və ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.
Layihə çərçivəsində gənclər bu sahədə ən çox tələb olunan kurslarda ödənişsiz və güzəştli təhsil almaq imkanı qazanacaqlar. Gənclər layihə çərçivəsində “Full Stack” (Python/Bootcamp), “Full Stack” (Python), “Front End” (RaectJS) veb-proqramlaşdırma, “QA Manual Testing”, “UX/UI” dizayn (Web Design) mövzularında təşkil olunacaq kurslara qatıla biləcəklər.
Layihənin iştirakçısı olmaq şansı qazanmaq üçün mayın 5-dək https://forms.gle/EZNUTo2aiyf6ccgFA ünvanında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı uğurla tamamlayan gənclər daha sonra test imtahanında və müsahibələrdə iştirak edəcəklər.
Bütün mərhələləri uğurla keçən gənclər layihənin iştirakçısı olmaq hüququ qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]