GƏNCLƏRİN HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏNDİRİLMƏSİ MƏQSƏDİ İLƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə respublikanın şəhər və rayonlarında mədəni-kütləvi tədbirlər keçiriləcəkdir. Belə ki, aprelin 14 -də Şamaxıda, 16-da Masallıda, 18-də Qusarda, 22-də Bərdədə çağırışyaşlı gənclər arasında təbliğat xarakterli görüşlər və konsert proqramları təşkil olunacaqdır.
“Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” əsasında keçiriləcək tədbirlərə nazirliyin əməkdaşları ilə yanaşı, yerli hakimiyyət orqanlarının, hərbi komissarlıqların, rayon təhsil şöbələrinin və QHT-lərin nümayəndələri də dəvət olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]