GENERAL HƏZİ ASLANOV ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Lənkəran şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun adını daşıyan parkda olmuşdur.
Dövlətimizin başçısı və xanımı burada görkəmli sərkərdənin abidəsi önünə gül dəstələri qoydular.
Parkla tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, rayon sakinlərinin istirahəti üçün burada gözəl şərait yaradılmışdır.