GEOLOGİYA İNSTİTUTUNDA GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, AMEA-nın Yer elmləri bölməsinin akademik katibi, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Geologiya İnstitutu ABŞ-ın 10-dan çox universitet, elmi tədqiqat institutu, şirkət və digər təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
Qonaqlar geologiya elminin müxtəlif istiqamətlərində əməkdaşlıq etmək təklifini irəli sürmüşlər. Professor Roger Slatt birgə həyata keçirilə biləcək layihələrlə maraqlanmışdır.
Akademik Akif Əlizadə təklifi məmnunluqla qarşılayaraq qeyd etmişdir ki, geoloq alimlərimiz tektonika, geodinamika, hidrogeologiya, neft, qaz, palçıq vulkanları və başqa sahələrdə əməkdaşlıq etməyə, təcrübə mübadiləsi aparmağa hazırdırlar.
Əcnəbi alimlər son illərdə bu sahələrdə institutda əldə olunmuş elmi nəticələr, həyata keçirilmiş layihələr, hazırlanmış xəritələr, atlaslar və s. materiallarla tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]