“Gizli qalmış gözəllik” - YAY qalereyasında növbəti sərgi belə adlanır
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 16-da YAY qalereyasında tanınmış rəssam Sultan Sultanlının “Gizli qalmış gözəllik” adlı rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, kuratoru Lesli Qrey olan sərgi ilə hər kəsin tanış olmaq imkanı var.
Qalereyanın birinci mərtəbəsində kənd həyatının təsviri ilə yan-yana asılan fantastik mənzərələrin rəsmləri, təbiəti təkcə gözəllik və möcüzə deyil, həm də məqsəd və əmək mənbəyi kimi araşdırır. Onun meşələr və nohurların fonunda təsvir etdirdiyi heyvan rəsmləri, “təbii harmoniyanın cənnəti” anlamını ifadə edir. Çobanlar, bağbanlar və kəndlilərin rəsmlərində isə təbiət, həyat üçün lazım olan hər şeyi təmin edən mükafat kimi təqdim edilir.
Soltan Soltanlı, həm də qrafik rəssam kimi çox yaxşı tanınır və öz əsərlərinə görə, bir çox beynəlxalq mükafatlara layiq görülüb. Birinci mərtəbədə, rəssamın qrafik əsərlərindən və akvarel boyalardan ibarət kapsul kolleksiyası, habelə karikatura və realizmi bir araya gətirən, fərqli fərdi üslubu ilə çəkdiyi portretlər yer alacaq.
İkinci mərtəbədə insanlığın təbiətə və bilavasitə rəssamın özünə bağlılığını ifadə edən portretlərin kolleksiyası yerləşdiriləcək. Qalereyanın sağ divarı boyunca, ailə həyatının detallarını və intim məqamlarını əks etdirən məişət səhnələrindən ibarət silsilə əsərlər yer alacaq.
Yumoristik və düşündürücü yaradıcılığı ilə, interpretasiyalarla dolğun simvolistik obrazlarla rəssam ziyarətçiləri həyatın gizli gözəlliyini seyr etməyə dəvət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]
“Azərbaycan” pavilyonunda Vera Xayrutdinovanın sərgisi açılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]