Gömrük Komitəsinin nümayəndə heyəti “Privalka” buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olub
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti Belarusa səfər çərçivəsində Qrodno Regional Gömrük İdarəsinin Litva ilə sərhəddə yerləşən “Privalka” buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, məntəqədə həyata keçirilən rəsmiləşdirilmə, gömrük nəzarəti, qeydiyyat mərhələləri, həmçinin sərhədkeçmə proseslərinin asanlaşdırılması və sürətləndirilməsi, informasiya texnologiyalarının, rəqəmsal həllərin tətbiqi ilə bağlı prosedurlar əyani şəkildə izlənilib.