Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb
Bakı, 1 noyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “yaşıl kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “qırmız kanal”a yönləndirilib. Vətəndaşa məxsus çantalara rentgen qurğusu vasitəsilə baxış zamanı monitorda mobil telefonlara məxsus təsvirlərin əks olunduğu müəyyənləşdirilib. Çantalara baxış zamanı qutusuz və aksesuarsız vəziyyətdə 3 ədəd “Samsung S21”, 21 ədəd “iPhone 12 Pro”, 3 ədəd “iPhone 12 Pro Max”, 3 ədəd “iPhone 13”, 17 ədəd “iPhone 13 Pro” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]