GÖMRÜK XƏBƏRLƏRİ
2002-ci ilin beş ayı ərzində gömrük orqanları tərəfindən 1190 hüquqpozma faktı aşkar edilmişdir. Bu faktlardan 1129-u gömrük qaydaları əleyhinə inzibati xətalara aid olmuş, o cümlədən 159 halda bəyan etməmə, 114 halda geri aparmama, 60 halda kənar keçirmə, 62 halda gizli keçirmə faktları üzrə iş başlanmışdır. İnzibati xəta faktları üzrə 100 hüquqi şəxs, 1029 fiziki şəxs müvafiq məsuliyyətə cəlb edilmişdir. Onlara qarşı 515.484.000 manat cərimə tətbiq olunmaqla, 246.384.000 manat dəyərində bilavasitə hüquqpozma obyekti olan mallar müsadirə edilmişdir.
Ötən beş ay ərzində gömrük orqanları tərəfindən 61 cinayət faktı aşkar olunmuşdur. Bunlardan 33 fakt qaçaqmalçılıq cinayətinə aid olmaqla, dəyəri 3.394.113.000 manat olan malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.
Narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı 13 fakt aşkar edilmiş və 2388,6 qram narkotik vasitə götürülmüşdür.
Akşar edilmiş cinayət faktları üzrə 64 nəfər (40 nəfər Azərbaycan vətəndaşı, 24 nəfər əcnəbi məsuliyyətə cəlb olunmuşdur.
2002-ci ilin yanvar-may ayları ərzində gömrük orqanları tərəfindən 30.680 ABŞ dolları, 6055 kiloqram əlvan metal, 398,6 kiloqram balıq kürüsü, 26.508 litr neft məhsulları, 3657 litr spirt, 7209 ədəd spirtli içkilər, 1.466.590 ədəd müxtəlif markalı tütün məmulatı tutulmuşdur.
Dövlət Gömrük Komitəsinin
Mətbuat xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]