Gömrükçülər aksiz markasız araqların realizə edilməsinin qarşısını alıb
Bakı, 23 may, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Bakı şəhəri istiqamətində hərəkət edən “Setra S215HD” markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan araqların olduğu müəyyən edilib.
Daha sonra avtobusa Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətində təkrar baxış keçirilib. Nəticədə, karton qutularda “Nemiroff” adlı 1 litrlik 48 ədəd butulka araq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]