GÖMRÜKÇÜLƏR TEXNİKİ AVADANLIQ ALMIŞLAR
Baki Beynəlxalq Dəniz Limanının mühafizəsi ilə bağlı Avropa Birliyi ekspertlərinin tövsiyələrinə əsasən, SKAD proqramı çərçivəsində Azərbaycana xüsusi endoskoplar, rentgen texnikası cihazları və “Mersedes” markalı avtomaşın gətirilmişdir.
İyulun 18-də Dövlət Gömrük Komitəsində Avropa Birliyi və BMT-nin İnkişaf Proqramı nümayəndələri tərəfindən texniki avadanlıqların komitənin sədri Kəmaləddin Heydərova təqdim olunması mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açdı.
“Cənubi Qafqazda narkotiklərə nəzarət” (SKAD) regional proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev proqramın həyata keçirilməsi barədə məlumat verərək dedi ki, ötən il ərzində respublikamızın müvafiq strukturları lazımi avadanlıqla və metodoloji vəsaitlə təmin edilmişdir.
BMT-nin rezident-əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsi Marko Borsotti, Yunanıstanın ölkəmizdəki səfiri Merkurios Karafotias çıxışlarında Avropa Birliyi və BMT-nin İnkişaf Proqramının ölkəmizin hökumət qurumları ilə sıx əməkdaşlığından məmnun olduqlarını bildirdilər.
Qeyd olundu ki, yerli mütəxəssisləri avadanlığı quraşdırmağa və ondan istifadə etməyə öyrətmək məqsədi ilə xarici ekspertlər tərəfindən treninq kursları da keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]