Goranboyda Uşaq və Ailələrə Dəstək Mərkəzi üçün yeni bina tikilib
Goranboy, 17 may, Rauf Hacıyev, AZƏRTAC
Fiziki və əqli cəhətdən məhdud uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboyda Uşaq və Ailələrə Dəstək Mərkəzi üçün tikilən yeni binanın inşası başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəz zəruri inventar və avadanlalıqlarla təchiz edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərəcək mərkəzdə fiziki və əqli əlilliyi olan, valideyn himayəsindən məhrum, kimsəsiz, həmçinin sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış uşaqlar, qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları və onların ailə üzvləri daim diqqətdə saxlanılacaq, problemlərinin həlli üçün müəyyən layihələr həyata keçiriləcək.