Goranboylu məktəblilərin muzeylərə ekskursiyası təşkil edilib
Goranboy, 19 may, AZƏRTAC
Goranboy rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə silsilə ekskursiyalar təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekskursiyalar çərçivəsində rayon məktəbliləri Goranboy ərazisində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Ekskursiyalar zamanı şagirdlərə muzeylərdə qorunan tarixi eksponatlar, milli-mədəni irs nümunələri və dövlətçilik ənənələri barədə ətraflı məlumat verilib.
Tədbirin keçirilməsində əsas məqsəd məktəblilərdə tarixə, milli-mənəvi dəyərlərə və mədəni irsə marağın artırılması olub.
Müxbir - Elcan Məmmədov