Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin yetişdirdiyi nadir dünya liderlərindən biridir

Naxçıvan, 9 may, AZƏRTAC

Ulu öndər Azərbaycana siyasi rəhbərliyinin hər iki dövründə misilsiz xidmətləri ilə tarixə milli dövlətçiliyimizin qurucusu və banisi kimi adını yazdırıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən onlayn konfransda səsləndirilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, ötən əsrin 60-cı illərində respublikamız keçmiş ittifaqda ən axırıncı yerlərdən birini tutsa da, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyindən sonra bütün sahələr inkişafa qovuşdu, qısa zamanda respublikamız aqrar-sənaye ölkəsinə çevrildi.

Bu dövrdə Azərbaycanda yüzlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisələri tikilib, yeni sənaye müəssisələri yaradılıb.

İsmayıl Hacıyev deyib: 1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalqımız haqlı olaraq yeganə xilaskar hesab etdiyi bu dahi şəxsiyyətin yenidən siyasi rəhbərliyə gəlməsinə israrla nail oldu. Hətta dünyanın bir sıra nüfuzlu siyasət, elm, mədəniyyət xadimləri deyirdi ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olsaydı, respublika bu vəziyyətlə qarşılaşmaz, xain qonşular cəsarət edib Azərbaycana qarşı belə mövqe tuta bilməzdi. Görkəmli dövlət xadimi siyasi hakimiyyətinin ikinci mərhələsində də müdrikliyi və qəti mövqeyi ilə ölkəmizi məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qoruya bildi, atəşkəsə nail oldu, “Əsrin müqaviləsi” bağlanıldı. Dahi şəxsiyyət Azərbaycan Respublikasını dünya dövlətləri içərisində lider ölkə səviyyəsinə qaldıra bildi, onun hərtərəfli inkişafını təmin etdi, gələcək inkişafı üçün strateji xətti müəyyənləşdirdi. Qədim diyarımız Naxçıvanın muxtariyyətinin qorunmasında, erməni işğalından müdafiəsində və bugünkü inkişafa nail olmasında isə Ümummilli Liderimizin xidmətləri əvəzsizdir.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda çıxışında vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin yetişdirdiyi nadir dünya liderlərindən biridir. O, keçmiş SSRİ-nin siyasi bürosunda idarəetmədə təmsil olunmaqla yanaşı, uzun müddət Azərbaycana rəhbərlik edib. Bu siyasi fəaliyyətin ilk mərhələsində xalqını gələcək müstəqilliyə hazırlamaq üçün böyük işlər görüb, milli oyanışda mühüm rol oynayıb.

Qeyd olunub ki, 1991-1993-cü illərdə Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın gələcək müstəqilliyinə hədəflənmiş bir sıra mühüm tarixi əhəmiyyətli siyasi qərarlar qəbul edilib.

Ümummilli Liderin müstəqillik illərindəki fəaliyyətinə toxunan akademik İsa Həbibbəyli onun daxili və xarici siyasətdə tutduğu məqsədyönlü istiqamətin tarixinə nəzər salıb, müstəqil Azərbaycan dövlətinin tanınmasında, əlaqələrin qurulmasında mühüm addımlar atdığını bildirib. Hazırda Heydər Əliyev siyasi xəttinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən akademik görkəmli dövlət xadiminin elm, təhsil sahəsində çalışanlara diqqət və qayğısından da bəhs edib, dahi şəxsiyyətin qayğıkeşliyinin bu gün elm adamları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, dosent Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” mövzusunda çıxış edərək bildirib ki, görkəmli dövlət xadimi ilk dəfə hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə NDU-da olub. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi ilə əlaqədar bu qədim diyara gələn Ulu Öndər 1974-cü il 4 oktyabrda Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllimləri və tələbə heyəti ilə görüş zamanı Naxçıvanda mövcud Pedaqoji İnstitutun bazasında müstəqil dövlət universitetinin yaranması zərurəti haqqında ilk dəfə olaraq fikirlər irəli sürüb. 1990-1993-cü illərdə, çətin blokada şəraitinin və ozamankı Azərbaycan iqtidarının yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq, dahi rəhbər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ali təhsil sahəsində inkişafa nail olub.

Elbrus İsayev deyib: Ulu Öndərin 1992-ci il 12 noyabrda NDU-nun 25 illik yubileyindəki dərin məzmunlu geniş nitqi, sözün geniş mənasında, ovaxtkı çətin şəraitdə respublikamızda ali təhsilin inkişaf etdirilməsi yollarına həsr olunmuş ciddi bir məramnamədir. 1997-ci ildə universitetin 30 illik yubileyi münasibətilə ölkə Prezidentinin universitetin kollektivinə təbrik məktubu ünvanlaması qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzi sayılan NDU-ya verilmiş yüksək qiymətin, göstərilən etimadın, bəslənilən böyük ümidlərin parlaq ifadəsidir.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil strategiyasının muxtar respublikada uğurla davam etdirilməsi nəticəsində möhkəm maddi-texniki bazaya, güclü kadr potensialına malik olan inkişaf etmiş ali təhsil ocağı yaradılıb. Rektor bildirib ki, universitetin çoxminli kollektivi muxtar respublikada aparılan məqsədyönlü təhsil siyasətini rəhbər tutaraq bundan sonra da Heydər Əliyev ideyalarının işığında inkişafı və müasirləşməni fəaliyyətinin əsas meyarı hesab edir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda çıxışında bildirib ki, Azərbaycanın təhsil tarixində intibah dövrü kimi qiymətləndirilən 1969-1982-ci illərdə təhsildə çox böyük nailiyyətlər əldə olunub.

Azad Novruzov deyib: Ulu Öndərin böyük səyi ilə müstəqillik illərində ölkəmizdə beynəlxalq standartlara uyğun milli təhsil islahatlarına başlanıldı. Həmin təhsil siyasəti bu gün də ölkəmizdə və muxtar respublikada uğurla davam etdirilir. Hazırda ölkəmizdə 31 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil sahəsindəki inkişafın mənzərəsini fəaliyyət göstərdiyim Naxçıvan Müəllimlər İnstitutunun timsalında göstərməklə ali təhsilin müstəqillik dövründəki inkişafı haqqında təsəvvür yaratmaq olar.

“Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Ali təhsilli kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxışında bildirib ki, Ümummilli Lider sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılıb və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. Məhz dahi rəhbərin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib ki, bu da respublikanın milli kadr potensialının və ali təhsilli kadrların hazırlanması, yetişməsi sahəsində çox mühüm işdir. Ulu Öndərin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə çatıb.

Nurlana Əliyeva deyib: Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafına kompleks şəkildə yanaşıb. İndi ölkəmizdə fəaliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali təhsil, eləcə də əlavə təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu öz mənbəyini məhz keçən əsrin 70-ci illərində dahi şəxsiyyətin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoyub.

Konfransda AMEA-nın müxbir üzvləri - AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Cəfərlinin, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin, Təbii Ehtiyatlar İnstitutunun direktoru Tofiq Əliyevin, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevin və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin çıxışları dinlənilib.

Tədbirin sonunda muzeyə virtual ekskursiya təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq