Görkəmli opera müğənnisi Şövkət Məmmədovanın xatirəsi anılacaq
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən təşkil olunacaq.
Tədbirdə müğənninin Azərbaycan opera sənəti tarixindəki xidmətlərindən, ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər göstərmiş olduğu səmərəli fəaliyyətindən danışılacaq.
Tədbirdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]