Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÖRKƏMLİ YAZIÇI İLYAS ƏFƏNDİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının iclas salonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və İ.Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun keçirdiyi konfransı İnstitutun direktoru, akademik Bəkir Nəbiyev giriş sözü ilə açmışdır. Sonra sənətşünaslıq doktoru Məryəm Əlizadənin “Azərbaycan teatrında İlyas Əfəndiyev fenomeni və zaman”, filologiya elmləri doktoru Məhərrəm Qasımlının “İlyas Əfəndiyev yaradıcılığında folklor”, filologiya elmləri namizədi Şirindil Alışanlının “XX əsr Azərbaycan ədəbi fikrinin inkişafında İlyas Əfəndiyevin yeri”, filologiya elmləri namizədi Vəfa Xanoğlanın “İlyas Əfəndiyevin ədəbi-tənqidi görüşləri”, filologiya elmləri namizədi Asif Rüstəmlinin “İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun fəaliyyyəti və perspektivləri” mövzularında məruzələri dinlənilmiş, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, xalq artisti Amaliya Pənahova çıxış etmişlər.

Məruzə və çıxışlarda vurğulanmışdır ki, İlyas Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə və hamıdan çox İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.

XX əsrin 50-60-cı illərindən etibarən həyatda baş verən dəyişiklikləri ilkin duyan, yeni insanı, onun mürəkkəb daxili aləmini, sevinc və qayğılarını, kədər və faciələrini özünəməxsus bir şəkildə əks etdirən yazıçılar arasında İ.Əfəndiyevin xüsusi yeri olduğunu vurğulayan natiqlər bildirmişlər ki, sovet dövründə vulqar sosiologizm təzahürləri bədii ədəbiyyatda diqqəti insan mənəviyyatının dərin psixoloji təhlilindən müəyyən qədər uzaqlaşdırmışdı. Bu zaman İ.Əfəndiyevin hekayə, povest, roman və pyesləri ilə Azərbaycan ədəbiyyatına əsil həyati konfliktlər əsasında yaradılmış qəhrəmanların, təmiz ürəkli, prinsipial və mərd adamların yeni bədii surətləri gəldi. Ümummilli liderimiz Heydər Əliyev böyük sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edərkən demişdi: “Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş qədim Odlar diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar yaradıcı əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz. Yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır”.

Ədəbiyyata 1939-cu ildə “Kənddən məktublar” adlı hekayələr kitabı ilə gəlmiş sənətkar dramaturgiyamızın tarixində ən şərəfli yerlərdən birini tutur. Bununla belə, keçən əsrin ortalarından etibarən həm də kamil bir romançı kimi məşhurlaşmışdı. Onun yazıldığı dövrün gerçəkliyini, həyatın geniş lövhələrini əks etdirən “Söyüdlü arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin nağılı” kimi romanlarının qəhrəmanları yaşından, təcrübəsindən, ixtisasından asılı olmayaraq, ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. Bu xüsusiyyətlər keçmiş həyatımızın, tariximizin ən tipik lövhələrini əks etdirən “Üçatılan”, “Geriyə baxma, qoca!” romanları üçün xüsusilə səciyyəvidir. Onun yaradıcılığında Qarabağ mövzusu da əsas yer tuturdu. Görkəmli tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayevin dediyi kimi, ədəbiyyat tariximizdə 7 “Qarabağnamə” mövcuddur, 8-ci “Qarabağnamə” isə İlyas Əfəndiyevin əsərləridir. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə yaşayırdı.

İlyas Əfəndiyevin həm nəsr, həm də dram əsərlərinin şirin dillə yazıldığı, ilk təsvirlərdən və dialoqlardan oxucu və tamaşaçının qəlbini fəth etməsi də xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, hələ ilk əsərlərindən olan “Bahar suları” pyesinin dilindəki şeiriyyət xalq şairi Səməd Vurğun tərəfindən yüksək qiymətləndirilmişdi. Bu keyfiyyət zaman keçdikcə ədibin fərdi üslubunu müəyyənləşdirən amillərdən birinə çevrilmişdir.

İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatında nəsrimizə həyati konfliktlər, canlı xarakterlər, əlvan, təravətli bədii təsvir vasitələri gətirən, dramaturgiyamızda yeni lirik-psixoloji üsluba vətəndaşlıq hüququ verən, nəhayət, aktyor və rejissorların bütöv bir nəslinin yetişib-püxtələşdiyi “İlyas Əfəndiyev teatrı”nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur. Akademik Milli Dram Teatrında yazıçının bütün pyesləri tamaşaya qoyulmuş, hətta, bəzilərinin 450, 700, 1000-ci tamaşaları göstərilmişdir. 19 ildən bəri teatr bütün mövsümlərini “Hökmdar və qızı” tamaşası ilə açır.

Ədibin oğlu, xalq yazıçısı Elçin çıxışında ümummilli lider Heydər Əliyevin xüsusi sərəncamı ilə ədibin “Seçilmiş əsərləri”nin 7, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3 cildliyinin nəşr edildiyini minnətdarlıq hissi ilə vurğulamış, əsərlərinin son illər rus, türk və digər dillərdə dəfələrlə çap olunduğunu, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazıldığını xatırlatmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, “Hökmdar və qızı” pyesi əsasında ikiseriyalı bədii filmin çəkilişi yaxın vaxtlarda başa çatacaqdır.

Sonra konfrans iştirakçıları Fəxri xiyabana gələrək, İlyas Əfəndiyevin xatirəsini anmış, məzarı üstünə təzə-tər güllər düzmüşlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib