Göyçay rayonu ərazisində abadlıq və yaşıllaşdırma işləri davam etdirilir
Göyçay, 22 noyabr, AZƏRTAC
Göyçay rayonu ərazisində abadlıq və yaşıllaşdırma işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Göyçayın prospekt və küçələri mərhələli şəkildə asfaltlaşdırılır, Ləkçılpaq, Cəyirli, İnçə, Çərəkə, Şəhadət, Qaraməryəm və digər kəndlərində suvarma arxları, kiçik bərələr lil və çöküntüdən, məişət tullantılarından təmizlənir. Habelə, rayon ərazisindən keçən magistral və kəndarası avtomobil yollarının kənarlarında abadlıq işləri görülür, yeni ağaclar əkilir, yaşıllıqlar salınır.
Qeyd edək ki, aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində sakinlər yaxından iştirak edirlər.