Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göygöldə Moruq və Aqrar Biznes festivallarından FOTOLAR

Bakı, 8 sentyabr, AZƏRTAC

Göygöl rayonunun Keşkü kəndində Kənd Təsərrüfatı Nazirliyinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə III Moruq Festivalı və Aqrar Biznes Festivalı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları və rayon sakinləri iştirak ediblər. Festivalın əsas məqsədi Göygöl rayonunda moruqçuluğun və digər kənd təsərrüfatı sahələrinin inkişafına dəstək göstərmək, yerli istehsalçıların məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsi, fermerlərlə aqrar sahədə fəaliyyət göstərən dövlət qurumları və özəl şirkətlər arasında əlaqələrin gücləndirilməsidir.

Festivalda yerli fermerlərin yetişdirdiyi moruq məhsulları, eləcə də moruqdan hazırlanmış müxtəlif məhsullar sərgilənib və ziyarətçilərə təqdim edilib. Festival iştirakçıları rayonun kənd təsərrüfatı və qida məhsulları, milli mətbəx nümunələri və müxtəlif əl işləri ilə tanış olublar.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ölkədə kənd təsərrüfatının prioritet sahə olduğunu, dövlət tərəfindən təqdim olunan dəstək mexanizmlərinin bu sahənin davamlı inkişafına şərait yaratdığını bildirib. O, festivalın həm aqrar, həm də turizm sahəsinin inkişafına xidmət etdiyini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin stimullaşdırılması və aqrar sahədə müasir yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıb. Bildirib ki, belə festivallar yerli istehsalçıların məhsullarının tanıdılması, onların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festival və sərgilərin xüsusilə meyvə və giləmeyvə istehsalı və ixracı üçün böyük əhəmiyyət daşıdığını, bu cür tədbirlər fermerlərin birbaşa satış imkanlarını artırmaqla yanaşı, fəaliyyətlərini genişləndirmələrinə dəstək verdiyini diqqətə çatdırıb.

Digər çıxış edənlər moruqçuluq sahəsində mövcud imkanlar və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıblar.

Aqrar Biznes Festivalı çərçivəsində fermer və sahibkarlar üçün müxtəlif dövlət dəstəyi mexanizmləri, maliyyələşmə və sığorta imkanları, kənd təsərrüfatı texnikası, innovativ texnologiyalar, toxum və tinglər, gübrələr və bitki mühafizə vasitələri barədə məlumatlar təqdim olunub. İştirakçılar dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri ilə birbaşa əlaqə yaratmaq, onları maraqlandıran məsələlərlə bağlı müvafiq mütəxəssislərə müraciət etmək imkanı əldə ediblər.

Festival çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərini və istiqamətlərini əks etdirən posterlər sərgilənib və proqramın əsas istiqamətləri barədə məlumat verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müharibə dövründə İranda 27 hava limanına ziyan dəyib

“Kəpəz” - “Qəbələ” oyunundan əvvəl Mehman Hacıyevin xatirəsi yad ediləcək

“Atlantic Council”: Qara dəniz Rumıniya üçün əsas risk istiqamətinə çevrilir

Birləşmiş Krallıqda təhsil alacaq Dövlət Proqramı təqaüdçüləri ilə görüş

Azərbaycan və Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Fatma Varank: COP31 gənclərin COP-u olacaq

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

Riyaziyyat müəllimi bərabərsizliklərin isbatı üsullarını nümayiş etdirib VİDEO

Riyaziyyat müəllimi bərabərsizliklərin isbatı üsullarını nümayiş etdirib VİDEO

Yalçın Rəfiyev: Azərbaycan uşaq və gənclər məsələsini qlobal iqlim gündəliyinin yuxarı pillələrinə yüksəldib

Bakı, Naxçıvan və Gəncə hava limanları 5,7 milyondan çox sərnişinə xidmət göstərib

Səkkiz ayda istehlakçılara 140 milyon manatadək ƏDV məbləği qaytarılıb

PISA 2025: Baza səviyyəsindən aşağı nəticə göstərən şagirdlərin nisbəti azalıb

Bakıda Trans-Xəzər multimodal rəqəmsal dəhlizinin təşviqinə dair beynəlxalq seminar baş tutub

Sai Sharan Panda: Rəqəmsal texnologiyalar enerji zəncirində emissiyaların azaldılmasına kömək edir

Azərbaycanın oxu savadlılığı nəticəsində 40 bal artım – PISA 2025

Fond rəhbəri: İstilik və elektrik enerjisi sektorları arasında inteqrasiyada rəqəmsal infrastruktur mühüm rol oynayır

PISA yüksəlişi: riyaziyyatda 63 bal artım

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 17 faizdən çox artıb

Prezidentin nümayəndəsi: Dövlət gənclərin beynəlxalq iqlim proseslərində iştirakını dəstəkləyir

Beynəlxalq tədbirdə Azərbaycanın balıqçılıq və akvakultura sahəsində həyata keçirdiyi islahatlardan danışılıb

“Sabah” klubundan gələcəyə 10 milyonluq investisiya: Uşaq futbolunda yeni dövr

Agentlik sədri: Azərbaycanda dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılması hədəflənir VİDEO

Agentlik sədri: Azərbaycanda dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılması hədəflənir VİDEO

FAO-nun tədbirində Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə iki pilot layihənin icrası müzakirə olunacaq

Nazirlik: 1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

Sabiq baş nazir: Dövlət qurumları geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasına diqqət yetirməlidir VİDEO

Sabiq baş nazir: Dövlət qurumları geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasına diqqət yetirməlidir VİDEO

Rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi hər ay təxminən 5 milyon səhifə kağızın istifadəsinin qarşısını alır

Göygöldə Moruq və Aqrar Biznes festivallarından FOTOLAR

BCAW2026: Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar müzakirə olunub YENİLƏNİB 2

Tarixçi-alim: Daşlar tariximizin ən qədim mənbələridir

Nazir müavini: Azərbaycanda rəqəmsal transformasiyanın ekoloji dayanıqlılığının artırılması istiqamətində tədbirlər görülür

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər FOTO

Türkiyədə inşaat işçisi oğluna Ronaldunun adını verib

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində dayanıqlı rəqəmsallaşmaya dair panel sessiya keçirilir VİDEO

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində dayanıqlı rəqəmsallaşmaya dair panel sessiya keçirilir VİDEO

Azərbaycanın PISA yüksəlişi: təbiət elmlərində 60 bal artım!

Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı rekord həddə çatıb

Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib – Sərəncam

Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub

PISA 2025 nəticələri üzrə Azərbaycan ən yüksək irəliləyiş göstərən ikinci ölkə oldu

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

“Qarabağ” Mateuş Koxalski ilə yollarını ayırıb - RƏSMİ

Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BCAW2026: Kənd təsərrüfatının iqlim çağırışlarına davamlılığı əsas müzakirə mövzusu olub VİDEO

BCAW2026: Kənd təsərrüfatının iqlim çağırışlarına davamlılığı əsas müzakirə mövzusu olub VİDEO

Professor İbrahim Cəfərovun 70 illik yubileyinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Liverpul” 17 ildən sonra ilk dəfə formasının əsas sponsorunu dəyişəcək

Kənd Təsərrüfatı Nazirliyinin sentyabr ayı üzrə bölgələrdə vətəndaş qəbulu qrafiki açıqlanıb

Məktəbəqədər təhsildə əhatəliliyin genişləndirilməsi istiqamətində tədbirlər görülür - nazir

Türk nümayəndə: Süni intellekt kənd təsərrüfatında riskləri əvvəlcədən müəyyən etməyə imkan verir

Professor Abdulla Sofiyev beynəlxalq elmi reytinqdə Azərbaycan üzrə birinci olub

Bakıda “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

“Vitol Group”: Hörmüzdən sutkada 10 milyon barel neft və neft məhsulları daşınır

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyununun hakimləri açıqlanıb

Türkiyə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ən çox irəliləyiş göstərən ölkə olub

ADRA ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusunu demontaj edib

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videoçarxı hazırlanıb VİDEO

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videoçarxı hazırlanıb VİDEO

Emin Əmrullayev: Təhsil ekosistemi dəyişəndə nəticələr də artacaq

Rumıniya hərbi imkanlarını genişləndirir

Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub VİDEO

Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub VİDEO

Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq - EKSKLÜZİV

Vətəndaşların pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciətləri dinlənilib

Nazir: Problemlərin həlli üçün cəmiyyətin birgə səyi vacibdir

Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan yeni addımlar barədə danışılıb

Məcnun Məmmədov: Proseslərin rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından intellektual istifadəyə keçirik

Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

Emin Əmrullayev: Dil bilikləri ilə oxu savadlılığı fərqli sahələrdir, bunları qarışdırmaq olmaz

Misin qiyməti rekord göstəriciyə çatıb

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO

FAO nümayəndəsi: Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlılığının ölçülməsi sisteminin yaradılması üzərində işləyirik

ADPU-nun baş müəllimi: Tarix dəqiqliyi sevir, ona kənardan yazılar yazmaq olmaz

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Norveçdə kral V Haraldın dəfn mərasiminə hazırlıq işləri yekunlaşır

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar

Xəyyam Məmmədov: Biz atmosferdə və çay hövzələrində baş verən prosesləri real vaxt rejimində izləməliyik

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: Azərbaycanda riyazi savadlılıq üzrə qızlar ilk dəfə oğlanları qabaqlayıb

Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyində dəyişiklik edilib

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başlayıb

Emin Əmrullayev: Bəzi bölgələrdə oxu savadlılığı üzrə ciddi problemlər var

Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11 faiz artıb

ABŞ Prezidentinin yaydığı yeni xəritə suallar doğurub

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Nyu-Yorkda 11 sentyabr terrorundan sonra havanın keyfiyyəti ilə bağlı yeni faktlar üzə çıxıb

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Azərbaycan qlobal ekoloji və iqlim gündəliyində fəal rolunu davam etdirir

PISA 2025-in təbiət elmləri üzrə nəticələri: Azərbaycan 69-cu, Bakı 47-ci yerdədir

Mişel Leviston: Azərbaycan müstəqil siyasət yürüdür və Mərkəzi Asiya ilə inteqrasiyanı dərinləşdirir

Jordi Xucla: Cənubi Qafqazda sülh möhkəmlənir və regional inteqrasiya prosesi irəliləyir

Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir

Tolqaxan Bəxtiyar: Kənd təsərrüfatı iqlim dəyişmələrinin təsirlərinin ən çox hiss olunduğu sahələrdən biridir

Türkiyə XİN-i Ratko Mladiçin dəfn mərasimi ilə bağlı ictimai narazılığa münasibət bildirib

UNEP nümayəndəsi: Azərbaycanda kənd təsərrüfatının inkişafı proqramının həyata keçirilməsi mühüm imkanlar yaradır

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

Bu saata olan əsas xəbərlər

Dosent: Qırğız akınlığı və Azərbaycan aşıq sənəti ənənə ilə yeniliyin qarşılıqlı əlaqəsi şəraitində inkişaf edir

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir