Gözəllik üçün öz qanınız yetər
Bakı, 23 yanvar (AZƏRTAC). “Platelet Rich Plazma” adı ilə kosmetologiyada tanınan “PRP” müalicəsi, bu günlərdə çox istifadə edilir.
PRP - “Trombositlə zəngin plazma” mənasını verir. Trombositlər toxumaların fəaliyyətinin yaxşılaşmasında və qanın laxtalanmasında əhəmiyyətli rolu olan qan hüceyrələridir. Vacib protein məhsulları və bağ toxuması faktorları ehtiva edir. Yaralanmış bir bölgəyə tətbiq edildiyində, sürətlə yaxşılaşma müddətini başladaraq toxuma yenilənməsini xəbərdar edir. Bu müalicə sayəsində dəri ləkələrinin yüngülləşdirilməsi, sızanaq izlərinin aradan qaldırılması, dərinin daha gərgin, canlı və parlaq görünməsi mümkündür.
Proses zamanı əvvəl xəstənin öz qanı steril bir mühitdə alınır. Xüsusi bir sentrifuqa cihazında yüksək sürətdə və müəyyən müddətlərdə çevrilir. Ayrılan qan hüceyrələri, bəzi qarışıqlar sayəsində ayrılır. Qanın qırmızı və ağ hüceyrələri dibə çökərkən, trombositlə zəngin hissəsi plazma ayrılır. Trombositlə zəngin bu plazma, xüsusi bir əməliyyatla müalicə ediləcək bölgəyə mikroiynə yolu ilə tətbiq edilir. Regenerasiya təxminən 30 dəqiqə davam edir.
PRP-nin problemli olan hər hansı bir bölgəyə, ümumiyyətlə üzə, boyuna, dekolteyə, əl və ayaq kimi sahələrə tətbiq olunur. Diqqətə çarpan yaxşılaşmanın 3-4 həftə sonra nəzərə çarpdığını, ləkələrin və incə qırışların solduğunu və azaldığını, üzdə lifting təsiri ortaya çıxdığını və dərinin daha parlaq və canlı göründüyünü müşahidə etmək olar.
Üsulda insanın öz qanı istifadə edilir və yan təsirləri yoxdur. Tətbiq edilən maddə xəstənin öz qanı ilə hazırlandığı üçün allergiya riski yoxdur. Yalnız əməliyyat əsnasında qızartı meydana gələ bilir və bu qızartı da bir neçə saat sonra tamamilə keçir.