Güclü duman səbəbindən AZAL-ın təyyarəsi hava limanına qayıtmağa məcbur olub
Bakı, 30 noyabr, AZƏRTAC
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”ın (AZAL) J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.
AZAL-dan AZƏRTAC-a verilən məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.
Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]