GÜCLÜ YAĞIŞ ASTARA RAYONUNUN TƏSƏRRÜFATLARINA CİDDİ ZİYAN VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Astara rayonuna yağmış intensiv yağışlar dağlıq ərazidə yerləşən kəndlərdə fərdi evlərə və sosial obyektlərə ciddi ziyan vurmuşdur.
Güclü yağışlar nəticəsində dağ çayları məcrasından çıxmış, sel suları Pensər, Miki, Dürriyyə, Pəlikəş və Sərək kəndlərindəki körpüləri uçurmuş, Astara çayı Qapıçıməhəllə kəndində məcrasından çıxaraq ərazini basmışdır.
Torpaq sürüşməsi nəticəsində Ağ körpü kəndində Eldar Bağırovun evi tamamilə dağılmış, 4 ev qəza vəziyyətinə düşmüşdür.
Pəlikəş, Hamoşam və Asxanakəran icra nümayəndəliklərinin ərazisində elektrik təsərrüfatına ciddi ziyan dəymiş, həmin ərazidə torpaq sürüşməsi nəticəsində yollar bağlanmışdır.
Oktyabrın 2-də axşam saatlarından başlayaraq rayonun dağlıq ərazisində yerləşən kəndlərə elektrik enerjisinin verilməsi dayandırılmışdır.
Təbii fəlakət qurbansız ötüşməmişdir. Rayonun Düriyyə kənd sakini, 1971-ci il təvəllüdlü Zəhra Əzizova və qızı, 6-cı sinif şagirdi Səbinə Fərhadova evlərinin yanındakı körpüdən keçərkən sel suları onları ağuşuna almış və hər ikisi həlak olmuşdur.
Astara rayon fövqəladə hallar komissiyası baş vermiş hadisə ilə bağlı zəruri tədbirlər görür, dəyən ziyanı müəyyənləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]