Güləşçimiz Mariya Stadnik Avropa çempionatında qızıl medal uğrunda görüşə çıxacaq
Bakı, 2 may, AZƏRTAC
Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulublar.
Komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə Macarıstan təmsilçisini məğlub edib və yarımfinala vəsiqə qazanıb.
Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olacaq. Səbirə Əliyeva isə yarımfinalda Rusiya idmançısına uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb.
Medallar uğrunda görüşlər mayın 3-də keçiriləcək.