Gülnara Kərimova Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb
Daşkənd, 6 mart, АZƏRTAC
Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimova Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, 2015-ci ildə Gülnara Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin iyununda isə humanizm prinsipləri əsas götürülərək Gülnara Kərimovanın cəzası ev dustaqlığı ilə əvəzlənib. Bu müddətdə o, ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə yenidən həbsxanaya göndərilməsi haqqında qərar qəbul olunub.
Qeyd edilir ki, Gülnara Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]