Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Novruz” kolleksiyası martın 21-22-də Şəhrisəbzdə (Özbəkistan) keçiriləcək II Beynəlxalq Milli Geyim Festivalında təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, G.Xəlilova festivalın təşkilatçılarından olan Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsindən bununla bağlı dəvət alıb.
Novruz bayramına həsr olunmuş tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdirəcək. Festival çərçivəsində yerli və əcnəbi dizaynerlərin dəb nümayişləri, yeni başlayan modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçılarının çıxışları baş tutacaq. Tədbirin təntənəli bağlanış mərasimində festivalda təqdim olunmuş ən yaxşı kolleksiyaların müəlliflərinin mükafatlandırma mərasimi keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]