GÜN ƏRZİNDƏ 32 CİNAYƏT FAKTI QEYDƏ ALINMIŞDIR
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 cinayətkar tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotiklərlə əlaqədar 12, qanunsuz silah-sursat saxlanması ilə bağlı 1 fakt aşkar edilmiş, müxtəlif növ cinayət törətmiş 50 nəfər tutulmuşdur. İki yol-nəqliyyat qəzasında bir nəfər həlak olmuş, 1 adam yaralanmışdır. Səkkiz yanğın hadisəsi baş vermişdir.