GÜN ƏRZİNDƏ 41 CİNAYƏT FAKTI QEYDƏ ALINMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 4-də respublika ərazisində qeydə alınan 41 cinayət hadisəsindən 27-nin üstü isti izlərlə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər keçirilmiş əməliyyat nəticəsində tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Daxili işlər orqanları əməkdaşları narkotiklərlə əlaqədar 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən etmiş, müxtəlif növ cinayət törətdiklərinə görə 42 nəfəri tutmuşlar.
Gün ərzində 6 yol-nəqliyyat qəzası baş vermiş, 2 yanğın qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]