Gürcüstan azərbaycanlısı: Şuşa haqqında təəssüratlarımı şagirdlərimə də çatdıracağam
Şuşa, 17 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
“Şuşa şəhərinə gəlmək, bu yerləri görmək mənim üçün həm qürurverici, həm də ruhumuzun çəkdiyi iztirabın sona çatdığı deməkdir”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşa şəhərinə səfər edən Gürcüstan azərbaycanlısı Xanım Məmmədova söyləyib. “Uzun illər bu torpaqların işğalda qalması və torpaq uğrunda qəhrəman oğulların şəhid olması ürəyimizi sızladırdı. Artıq bu iztirablar sona çatıb, Şuşa şəhəri və bütöv Qarabağ Müzəffər Azərbaycan Ordusunun haqq savaşı nəticəsində azadlığına qovuşub və əsl sahiblərinə qayıdıb. Eyni zamanda, şəhidlərimizin ruhu şaddır. Bütün şəhidlərimizə rəhmət diləyirəm və qazilərimizə şəfa arzu edirəm. Hər zaman şagirdlərimizə Şuşa haqqında kitablardan nəzəri olaraq bəhs edirdik, lakin Şuşa səfərimdən geri qayıdarkən şagirdlərimizə praktiki olaraq bu yerlər haqqında təəssüratlarımı çatdıracağım üçün çox xoşbəxtəm”, - deyə vurğulayıb.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan Şuşa, Xankəndi və Ağdam səfərinə bu gündən start verilib. Sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altıgünlük nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
- 10.10.2026 [13:27]
Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər
- 10.10.2026 [09:55]
Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib
- 10.10.2026 [09:48]
Lənkəranın bir sıra kəndlərinə dolu düşüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]