Gürcüstan gələn il koronavirusa qarşı mübarizə tədbirlərinə 500 milyon lari ayıracaq
Tbilisi, 18 noyabr, AZƏRTAC
Gürcüstan hökuməti gələn il koronavirus pandemiyasına qarşı mübarizəyə dövlət büdcəsindən 500 milyon lari xərcləməyi planlaşdırıb. Eyni zamanda, səhiyyə sisteminə gələn ilin dövlət büdcəsindən 1,9 milyard larinin ayrılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili parlamentdə gələn ilin dövlət büdcəsi barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, 2021-ci ildə koronavirusa qarşı mübarizəyə 1 milyard laridən çox vəsait xərclənib. Cari ilin dövlət büdcəsində bu məqsədlər üçün 900 milyon lari nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsində bu vəsaitin azalmasının əsas səbəbi artıq əhalinin müəyyən hissəsinin koronavirusa yoluxması, 33,9 faizinin isə peyvənd olunmasıdır.
Nazirin sözlərinə görə, ilin sonunadək əhalinin 65 faizinin peyvənd olunacağı gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]