Gürcüstan hərbi təyyarə istehsalını bərpa edə bilər
Tbilisi, 5 sentyabr, AZƏRTAC
Gürcüstanda hərbi sənayenin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Hesab edirəm ki, Gürcüstan nüvə silahından başqa, bütün növ silah istehsal etməyə qadir olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Müdafiə naziri vəzifəsinə namizəd, sabiq Baş Nazir İrakli Qaribaşvili parlamentdə keçirilən dinləmələr zamanı bildirib. Onun sözlərinə görə, Gürcüstanda intellektual resurslar var. Ölkəmizdə yüksək texnologiyalı məhsullar hazırlayan şəxslər yaşayırlar. Onların köməyi ilə biz silah-sursat, hərbi texnika, o cümlədən hərbi təyyarələr istehsal edə bilərik.
İ.Qaribaşvili Müdafiə naziri vəzifəsinə təsdiq olunacağı təqdirdə hökumət qarşısında ölkədə hərbi təyyarələrin istehsalının bərpa olunması məsələsini qaldıracağını bildirib. “Ölkədə hərbi təyyarələrlə yanaşı, raket və müxtəlif yüksək texnologiyalı məhsulları da istehsal etmək mümkündür”, - deyə İ.Qaribaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]