Gürcüstan hökuməti növbəti iki ildə 63 yeni məktəb binasının tikintisini başa çatdıracaq
Tbilisi, 6 sentyabr, AZƏRTAC
Gürcüstan hökuməti 2020-2021-ci illərdə ölkə üzrə 63 yeni məktəb binasının inşasını, 87 məktəbin isə əsaslı təmirini başa çatdıracaq. AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri vəzifəsinə namizəd Maya Tskitişvili parlamentdə çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, qarşıdakı illərdə məktəb və uşaq bağçalarının tikinti-bərpa prosesi davam etdiriləcək. Yeni inşa olunacaq 63 məktəb 8 min 400 şagird üçün nəzərdə tutulur.
M.Tskitişvili qeyd edib ki, gələn ildən yerli bələdiyyələr kiçik məktəblərin inşasını həyata keçirə biləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]